24 Dekabr 2015 10:22
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Binəqədi rayonunda bıçaqlanma olub.

Teleqraf.com xəbər verir ki, hadisə Beynəlxalq Avtovağzalda baş verib.

Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Zaur Rzayev naməlum şəxslə mübahisə edib. Mübahisə zəminində naməlum şəxs Zaur Rzayevi qarın nahiyəsindən bıçaqlayıb.

Zaur Rzayev xəsarətlə Respublika Kliniki Xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsində əməliyyat-axtarış tədbirləri davam edir.

Hacı Zeynalov


Müəllif: