Bakı şəhəri, Qaradağ rayonunda "GİYAŞ" firmasına məxsus "HOWO" markalı yük avtomobilinin 6 ədəd təkəri yanıb.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:50-də söndürülüb.