5 Yanvar 2016 15:36
594
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda polis əməkdaşlarının düşdüyü yol-nəqliyyat hadisəsi ilə bağlı rəsmi açıqlama yayılıb.

Bakı şəhər Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, yanvarın 4-də, saat 01 radələrində 1993-cü il təvəllüdlü Seyran Seyidov sərxoş vəziyyətdə idarə etdiyi “KİA” markalı, 90 NK 946 dövlət qeydiyyat nişanlı avtomobillə Füzuli küçəsi ilə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçərək Bülbül prospekti ilə hərəkətdə olan Nəsimi Rayon Mühafizə İdarəsinə məxsus “Volkswagen” markalı 99 AP 139 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Nəticədə “Volkswagen” markalı avtomobildə olan sərnişin, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı İsa Şirinov Klinik Tibbi Mərkəzə (KTM) yerləşdirilmiş və aldığı xəsarətdən orada vəfat edib.

Həmin avtomobilin sürücüsü Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Bəhrəm Ələkbərov isə kəllə-beyin travması ilə KTM-ə yerləşdirilib.
Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

”KİA” markalı avtomobilin sürücü S.Seyidov şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: