11 Yanvar 2016 13:29
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğunda təqsirli bilinən Faiq Əliyev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı yanvarım 15-ə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs əcnəbi vətəndaşları qanunsuz yolla başqa bir ölkəyə keçirməkdə təqsirli bilinirlər.

Onlar Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif: