11 Yanvar 2016 15:31
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunda vətəndaşlara məxsus avtomobilləri qaçıram üç nəfər tutulub.

Teleqraf.com xəbər verir ki, yanvarın 9-da Göyçay Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “Mercedes” markalı avtomobil nəzarət qaydasında saxlanılıb, sürücüsü, rayon sakini Xəyal Ömərov şübhə doğurduğundan polis şöbəsinə gətirilib.

Araşdırma zamanı qeyd edilən avtomobilin ötən il dekabrın 23-də Şamaxı rayonu ərazisindən qaçırılmış Murad Allahverdiyevə məxsus “Mercedes” markalı avtomobil olması müəyyən edilib və aidiyyəti üzrə Şamaxı Rayon Polis Şöbəsinə təhvil verilib.

Xəyal Ömərovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Mehralı Mehralıyev və rayon sakini Elgün Kərimovla birgə ötən ilin noyabr-dekabr ayları ərazində Miryaqub Əmirova məxsus “Mercedes”, Zabit Mirqədirova və Əlibrahim Pənahova məxsus “VAZ” markalı avtomobilləri qaçırması da müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mehralı Mehralıyev və Elgün Kərimov da tutulublar.

Hacı Zeynalov


Müəllif: