1 Fevral 2016 10:38
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsi, yeni küçə 10 ünvanında qeydə alınıb.

Gürcüstan vətəndaşı, 1967-ci il təvəllüdlü İspəndiyar Həsənov yaşadığı evin qarşısında olan talvardan özünü iplə asaraq ölüb. Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: