Abşeron rayonunda tikinti şirkətindən oğurluq edən dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, yanvarın 30-da Əfrasiyab Mirzəyevə məxsus “Bina-İnşaat” MTK-nın həyətindən 6000 manat dəyərində inşaat materialları oğurlanıb.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Bakı şəhər sakini Felman Həsənov, Beyləqan rayon sakini Rövşən Abdullayev və Masazır qəsəbə sakini Elməddin Məhərrəmov tutulub.
Hacı Zeynalov