Bakının Nərimanov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Abşeron rayon sakini Məhərrəm Əliyev idarə etdiyi “Niva” markalı avtomobillə yolu keçən Cəlilabad rayon sakini Mirfazil Bağırovu vurub.
Nəticədə piyada hadisə yerində ölüb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Hacı Zeynalov