5 Fevral 2016 11:40
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Ə.Qasımzadə küçəsi, 72 ünvanın qarşısında qeydə alınıb.

Orada xidmətdə olan Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Namiq Hüseynov şübhəli şəxsi saxlamaq istəyib.

Bu zaman həmin şəxs Namiq Hüseynovu itələyərək yıxıb və hadisə yerindən qaçıb. Namiq Hüseynov sol çiynindən sınıq xəsarəti alıb. O, Daxili İşlər Nazirliyinin Hospitalına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər