Gəncədə intihar hadisəsi baş verib.
Gəncə şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə fevralın 9-da qeydə alınıb. Gəncə şəhər sakini, 1984-cü il təvəllüdlü Taleh Qayıbov yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.