10 Fevral 2016 15:30
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə dostunu bıçaqlayan şəxs polisə təslim olub. Teleqraf.com xəbər verir ki, fevralın 8-də Gəncə sakini Rabil Məmmədovun sağlamlığına qəsdən ağır zərər vurmuş Natiq Qəmbərov polisə təslim olub.


O, Rabil Məmmədovdan götürdüyü, üzərində səsboğucu olan pnevmatik tapança və içərisində 4 ədəd patron olan darağı da polisə təhvil verib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Rabil Məmmədov yaxınlarının köməyi ilə döş qəfəsinin çoxsaylı kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Yaralını dərhal əməliyyat ediblər.

Məlumata görə, Rabil Məmmədovu aralarında yaranan mübahisə zamanı dostu, 1976-cı il təvəllüdlü Namiq Qənbərov bıçaqlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər