10 Fevral 2016 15:59
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda silahlı şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Mərdəkan qəsəbəsində yaşayan Samit İslamovun evindən lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng, süngü bıçaq, patron darağı və 42 ədəd patron aşkar edilərək götürülüb.

Bundan başqa, Baş Cinayət Axtarışı İdarəsi və Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Qüdrət Salahovdan “TOZ-8” markalı tüfəng və 2 ədəd patron götürülüb.

Hacı Zeynalov


Müəllif: