Baş Prokurorluq xalq artisti İlhamə Quliyevanın istintaqa cəlb edilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Teleqraf.com-a bildirib ki, İlhamə Quliyeva keçmiş köməkçisi Mehriban Hüseynovanın təqsirləndirildiyi cinayət işi üzrə zərərçəkmiş şəxs qismində istintaqa dəvət olunub.
Eldar Sultanovun sözlərinə görə, İlhamə Quliyevanın səhhəti ilə bağlı ifadəsi mənzilində alınıb.
Qeyd edək ki, Musavat.com-un yaydığı məlumata görə, Bakı Şəhər Prokurorluğundan istintaqa çağırış alandan sonra müğənninin durumu kəskin dəyişib. Hətta ayaqları tutulub. O, çağırış üzrə göstərilən saatda prokurorluğa gedə bilməyib. Vəkilinin israrlı xahişlərindən sonra müğənninin durumunu nəzərə alan prokuror onun evində dindirilməsi qərarını verib. İlhamə Quliyeva evində Mehriban Hüseynovanın ictimailəşdirdiyi faktlarla bağlı suallara cavab vermək zorunda qalıb.
Hacı Zeynalov