11 Fevral 2016 13:27
633
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda silah-sursatın tapılması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, əməliyyat Gədəbəy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Əməliyyat rayonun Söyüdlü kəndi ərazisində həyata keçirilib. Əməliyyat zamanı 1 ədəd nömrəsi silinmiş “Voltra” markalı tapança, 1 ədəd “F-1” qumbarası, 1 ədəd patron darağı və 65 ədəd müxtəlif çaplı patron tapılıb.

Hacı Zeynalov


Müəllif: