Səbail Rayon Məhkəməsi xalq artisti İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.
Bu barədə "Report"a M.Hüseynovanın vəkili Vasif Mirzəyev məlumat verib. O bildirib ki, hakim Aytən Əliyevanın sədrlik etdiyi prosesdə M.Hüseynovanın həbs müddəti üç ay artırılıb.
Vəkil məhkəmədə iki vəsatətlə çıxış edib. Bunlar həbs-qətimkan tədbirinin uzadılmasına etiraz və M.Hüseynova barəsində çıxarılan həbsin ev dustaqlığı ilə əvəz edilməsi olub. Vəsatətlər təmin olunmayıb.
Qeyd edək ki, M.Hüseynova barəsində Cinayət Məcəlləsinin 29, 180-cı (Soyğunçuluğa cəhd) maddəsi ilə cinayət işi başlanıb.