15 Fevral 2016 16:44
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsi, Aeroport şosesində qeydə alınıb.

Bakı şəhər sakinləri 1975-ci il təvəllüdlü Seyfəl Əliyevin idarə etdiyi “Kia-Cerato”, 1988-ci il təvəllüdlü Ruslan Məmmədovun idarə etdiyi “Nissan-Teana” və 1989-cu il təvəllüdlü Mirməmməd Bağırovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə, S.Əliyevin sərnişini - anası 1942-ci il təvəllüdlü Zemfira Ağayeva aldığı xəsarətdən 3 saylı Şəhər Klinik xəstəxanasında ölüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər