18 Fevral 2016 13:53
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa Oyunları”nın açılış günü Olimpiya stadionunda partlayış edəcəyi barədə xəbərdarlıq etməkdə ittiham olunan 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Aydın Xudiyev 2015-ci ilin iyunun 12-də, Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək diktofonu qoşaraq kaseti səsləndirilib.

O, stadiona bomba qoyulduğunu və açılışı dayandırmaları olduğunu deyib. İyunun 15-də əməliyyat keçirilib və Aydın Xudiyev saxlanılıb. Onun evindən “Sony” markalı diktofon və “Panasonic” markalı kaset aşkarlanaraq götürülüb.

Onu da qeyd edək ki, 1960-cı il təvəllüdlü Aydın Xudiyev Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə İctimai Birliyinin rəhbəri olub.

Hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə hal şahidi dindirilib. lnur Həsənov ifadəsində hadisənin üstündən çox vaxt keçdiyi üçün heçnəyi xatırlamadığını deyib. Təqsirləndirilən Aydın Xudiyev deyib ki, axtarış prosesində Elnur Həsənov ümumiyyətlə iştirak etməyib.

Digər hal şahidi məhkəməyə gəlməyib. Müdafiə tərəfi vəsatət verərək həmin şahidin mütləq məhkəməyə gəlməsi ilə bağlı vəsatət verib. Vəsatət qismən təmin edilib.

Məhkəmə prosesi fevralın 23-ə davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər