19 Fevral 2016 15:38
376

Göygöl şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini Qədim Abdıyevin idarə etdiyi “VAZ-2107” və Gəncə şəhər sakini Araz Tanrıverdiyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər toqquşub.

Nəticədə hər 2 sürücü və A.Tanrıverdiyevin 1 sərnişini, habelə Q.Abdıyevin 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Göygöl Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: