Tərtərdə 2 nəfərin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı avtomobil toqquşub.
Teleqraf.com-un xəbərinə görə, Bərdə-Tərtər yolunun Sarıcalı kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı Abşeron rayonu, Masazır qəsəbə sakini 1974-cü il təvəllüdlü Qurbanov Nofəl Səttar oğlu, onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Mənsurə Kazım qızı, Tərtər rayonunda qeydiyyatda olan 2000-ci il təvəllüdlü Baxşəliyev Elşən Qardaşxan oğlu və 1970-ci il təvəllüdlü Tərtər rayonu, Sarov kənd sakini 1970-ci il təvəllüdlü Kazımov İsa Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar dərhal Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyəti orta ağırdır. Hadisə zamanı 2 nəfər - "VAZ - 21099" markalı avtomobilin sürücüsü 33 yaşlı Tehran Hüseynov və “Mercedes”də olan sərnişin 76 yaşlı Rəfiqə Kazımova dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Xalid Samanbəyli