23 Fevral 2016 09:28
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusunun sayıqlığı nəticəsində Bakı şəhərində cinayət hadisəsinin qarşısı alınıb.

Teleqraf.com DSX-nın Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, 20 fevral 2016-cı il tarixdə saat 06:00 radələrində Dövlət Sərhəd Xidmətinin Nizami rayonu ərazisində yerləşən hərbi hissəsinin növbətçisi baş çavuş Əlbəndəyev Süleyman Qasımbala oğlu yaxınlıqdakı ərzaq mağazasından iki nəfər mülki şəxsin oğurluq etməyə cəhd göstərdiklərini müşahidə edib.

Hərbi hissə növbətçisi onları saxlamaq istəyərkən şəxslərdən biri hadisə yerindən qaçıb. Baş çavuş S.Əlbəndəyev həmin şəxsi təqib edərək yaxalayıb və hər iki şəxsi hadisə yerinə çağırılan Nizami rayon polis idarəsinin əməkdaşlarına təhvil verib.


Müəllif:

Oxşar xəbərlər