1 Mart 2016 14:45
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kompüter salonlarını qarət edən gənc həbs edilib.

Teleqraf.com xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsi və Metropolitendə polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1987-ci il təvəllüdlü Ayaz Məhərrəmov tutulub.

Ayaz Məhərrəmov bu ilin fevralın 23-də Bakı şəhər sakini Müzəffər Məmmədova məxsus Ş.Mustafayev küçəsində yerləşən kompüter oyun zalından bir ədəd oyun kompüteri oğurlamaqda şübhəli bilinib.

Müəyyən edilib ki, o, fevralın 14-də Xətai rayonunda Q.Nəbi küçəsində Ziya İsmayılzadəyə, fevralın 24-də S.Vəzirov küçəsində Elvin Nəcəfova, fevralın 26-da Yasamal rayonu B.Vahabzadə küçəsində Hüseyn Zeynalova, fevralın 17-də Yeni Yasamalda Ramin Ağayevə, fevralın 26-da Sabunçu rayonu Ə.Cəfərov küçəsində Seymur Ələkbərova, fevralın 9-da Nərimanov rayonu Ə.Rəcəbli küçəsində Fərid Qazıyevə və fevralın 21-də Ə.Əlizadə küçəsində Elman Hüseynova məxsus oyun zalından oyun kompüterləri oğurlayıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər