1 Mart 2016 17:13
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Gürcüstan vətəndaşını öldürməyə cəhddə ittiham olunan Ələkbər Mustafayev və Tural Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, ötən ilin fevralın 5-dəMaştağa qəsəbəsində Gürcüstan vətəndaşı 1972-ci il təvəllüdlü Fərhad Abdıyev çoxsaylı bıçaq xəsarətlərilə xəstəxanaya yerləşdirilib.

Sabunçu rayon Polis İdarəsi 14-cü polis bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Ələkbər Mustafayev və Tural Babayev tutulub.

Məhkəmənin hökmü ilə Ələkbər Mustafayev 16 il, Tural Babayev 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər