Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bilgəh qəsəbəsində qeydə alınıb.
Bilgəh qəsəbəsi sakini, 1991-ci il təvəllüdlü Samir Rəhimov dostu, 1996-cı il təvəllüdlü Rahim Məmmədovla qəsəbədə olan kafelərdən birində yeyib-içiblər. Sərxoş olan gənclər bir-biri ilə zarafat etməyə başlayıb. Bu zaman onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı Rahim Məmmədov Samir Rəhimovu bıçaqlayıb. Bıçaq xəsarəti alan Samir Rəhimova xəstəxanada tibbi yardım göstərilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov