3 Mart 2016 15:45
458
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən qapalı prosesdə Rauf Mirqədirovun şikayəti üzrə məhkəmə prosesi olub. Prosesə heç kim buraxılmayıb. Prosesdə heç bir dinləmə aparılmayıb.

Qapalı iclasda prosesin növbəti günü martın 16-na təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rauf Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Rauf Mirqədirov ötən il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər