3 Mart 2016 16:47
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Samir Gəraylının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Samir Gəraylı 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Samir Gəraylı 7 min manat oğurluqda ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər