Şirvan şəhərində faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, şəhər ərazisində yerləşən qazdoldurma məntəqələrindən birində işləyən Füzuli Məmmədov oksigen balonunu doldurarkən kran sınıb.
Yüksək təzyiq Füzuli Məmmədovu digər balona çırpıb. O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov