7 Mart 2016 16:15
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Tovuz rayonunda baş verən silahlı cinayətlə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, hadisə martın 6-da baş verib.

Tovuz rayonunun Çatax kəndində yaşayan Kəmalə Hacıyeva evində ov tüfəngi ilə özünü vurub. 1987-ci il təvəllüdlü qadın qarın nahiyəsinin odlu silah yarası ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Xəstəxanaya gətirilən zaman artıq onun öldüyü üzə çıxıb.

Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-BUM” markalı tüfəng götürülüb. Faktla bağlı cinayət işi açılıb. Araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər