Qubada yanğın hadisəsi baş verib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat verir ki, Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 200 kv.m olan (hər mərtəbəsi 100 kv.m) ikimərtəbəli 9 otaqlı evin 2-ci mərtəbəsində sahəsi 12 kv.m olan 1 otağın döşəməsi 3 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.