10 Mart 2016 18:03
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində kafedə tanışını öldürməyə cəhd edəm Tural Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Qatar” kafesində baş verib. Kafedə yeyib-içən müştərilər Arif Ağayev və Tural Ağayevin arasında mübahisə yaranıb. Mübahisə daha sonra münaqişəyə çevrilib. Bu zaman Tural Ağayev bıçaqla Arif Ağayevə xəsarət yetirib.

Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Tural Ağayev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər