11 Mart 2016 12:04
804
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan tanınmış şair Saday Şəkərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında Saday Şəkərovun məhkəmə bildirişlərini almadığı məlum olub.

Bu səbəbdən məhkəmənin hazırlıq iclası baş tutmayıb və hazırlıq iclasının davamı martın 28-dək təxirə salınıb.

Qeyd edək ki, Saday Şəkərovun cinayət işi Baş prokuror yanından Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı Bakı şəhər sakini Saday Şəkərovun külli miqdarda əmlak əldə etmək məqsədilə Vergilər Nazirliyinin vəzifəli şəxsi haqqında kütləvi informasiya vasitələrində ifşaedici, onu nüfuzdan salan, uydurma yazılar yazmaqla barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə tələb etdiyi 10 min manat məbləğində pulu almasında şübhələr olub.

Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər