Bakının Sabunçu rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Bakıxanov qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1999-cu il təvəllüdlü İlkin Əliyev quldurluqla üzləşib. İlkin Əliyevi yaşadığı küçədə bir nəfər şəxs tərəfindən qaranlıq bir yerə aparılıb və orada həmin şəxs ona heç bir söz demədən sifət nahiyəsindən vurub.
Daha sonra həmin şəxs İlkin Əliyevin mobil telefonunu götürərək, oradan gedib. İlkin Əliyev quldurluqla üzləşməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə ərizə ilə müraciət edib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Canəli İsmayılzadə müəyyən olunaraq həbs edilib.
Hacı Zeynalov