15 Mart 2016 10:41
529
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayon Məhkəməsində Azərbaycanın tanınmış futbolçusu Maşallah Əhmədovun barəsində seçilmiş ev dustaqlığı qəti imkan tədbirinin müddəti uzadılıb.

Teleqraf.com xəbər verir ki, bu gün prokurorluğun təqdimatı əsasında vəsatət təmin edilib və maşallah Əhmədovun barəsində seçilmiş qəti imkan tədbirinin müddəti 1 ay uzadılıb.

Qeyd edək ki, bir müddət əvvəl Binəqədi Rayon Məhkəməsində “Neftçi”nin keçmiş futbolçusu barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. ilə əlaqədar verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Onun barəsində verilmiş apelyasiya şikayəti təmin edilməyib.

Amma sonradan Maşallah Əhmədovun ev dustağı edilməsi barədə vəsatət təmin edilib və onun barəsində seçilmiş həbs qəti imkan tədbiri dəyişdirilərək, ev dustağı edilib.

Maşallah Əhmədova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Maşallah Əhmədov ötən ilin dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu Bakıda bir neçə nəfərə 150 min manatdan artıq dəyərdə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin Maşallah Əhmədov sözünə əməl etməyib, həmin şəxslərin pulunu da qaytarmayıb.

Xatırladaq ki, Azərbaycan futbolunun ən güclü hücumçularından olan Maşallah Əhmədov 1959-cu ildə Gəncədə anadan olub. O, 1977-ci ildən “Neftçi” klubunda oynayıb. Maşallah Əhmədov 1995-ci ildə əsas milli komandada məşqçi, U-21-də isə baş məşqçi funksiyasını yerinə yetirib. O, 2008-ci ilin dekabrından etibarən İsgəndər Cavadovun rəhbərlik etdiyi Azərbaycan Regional Futbol Federasiyaları Assosiasiyasının vitse-prezidentidir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər