Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Zəfər Sofiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub.
Prosesdə Zəfər Sofiyevin anket məlumatları dəqiqləşdirilib. Daha sonra onun barəsində heç yerə getməmək bağlı iltizam dəyişdirilərək barəsində həbs qəti-imkan tədbiri seçilib. O, məhkəmənin hazırlıq iclasında zaldaca həbs edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxs bir qrup vətəndaşın etimadını qazanaraq onlara qarşı dələduzluq edib. Zəfər Sofiyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilir.
Hacı Zeynalov