17 Mart 2016 13:36
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı qətlə yetirməkdə təqsirli bilinın 1990-cı il təvəllüdlü Babək Əliyevin cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə 2015-ci ilin oktyabr ayında baş verib. 1990-cı il təvəllüdlü Babək Əliyev İlahə Yusubovanı qətlə yetirib. O, istintaqa ifadəsində bildirib ki, dəfələrlə tanışı İlahə Yusubovaya evlilik təklifi edib, lakin heç vaxt qarşılıq almayıb.

Keçən il oktyabrın 29-da Babək Əliyev sevdiyi qızı metronun “Qara Qarayev” stansiyasının yaxınlığına görüşə çağırıb. Növbəti dəfə rədd cavabı alan Babək Əliyev İlahə Yusubovanı yerə yıxaraq ona 15 dəfə bıçaq zərbəsi endirərək xüsusi amansızlıqla qətlə yetirib.

Babək Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Babək Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər