Bakıda evdə 74 yaşlı qadının meyiti aşkar edilib.
Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Xətai rayonunda mənzildə 1942-ci il təvəllüdlü Natkino Lyudmillanın bağlı qapı arxasında qalması barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq yaşayış evinin qapısını açıb və N.Lyudmillanın meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 14:13-də başa çatıb.