20 Mart 2016 10:51
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər sakini, 48 yaşlı Elnur İsmayılov naməlum şəxs tərəfindən bıçaqlanıb.

Elnur İsmayılov ağır vəziyyətdə xəstəxanaya aparılıb. Ona vaxtənda tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Elnur İsmayılovun hansı səbəbdən, kim tərəfindən bıçaqlandığını məlum deyil.

Hazırda polis cinayəti törədən şəxsləri axtarır.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər