Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1967-ci il təvəllüdlü Ağamirzə Quliyev yaşadığı evdə pilləkəndən yıxılıb. O, kəllə-beyin tramvası ilə 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb. Ağamirzə Quliyev xəstəxanada vəfat edib.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov