Bakının Binəqədi rayonunda məşhur şadlıq saraylarından birində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Musabəyov küçəsindəki “Kainat” şadlıq sarayında qeydə alınıb.
Məlumata görə, şadlıq sarayında bəy və gəlin üçün nəzərdə tutulmuş masanın üzərindən kosmetika əşyaları oğurlanıb. Bu barədə toy sahibi Solmaz Zeynalova Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə müracət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov