Xaçmaz rayonunda faciəli hadisə baş verib. Teleqraf.com xəbər verir ki, martın 26-da Sumqayıt şəhər sakini Sevinc Əzizova Xaçmaz rayonunda yaşayan qardaşının evinə qonaq gedib.
Sevinc Əzizova qardaşının evində olduğu müddətdə dəm qazından zəhərlənərək ölüb.
Bundan başqa, Xətai rayonu ərazisində yerləşən avtomobil təmiri sexlərindən birində, orada rəngsaz işləyən Göyçay rayon sakini Teymur Əhmədov “Hyundai” markalı avtomobildə dəm qazından zəhərlənərək ölüb.
Daha bir hadisə Lənkəran rayonunda baş verib. Xarxatan kəndində yaşayan Vüsalə Hüseynova evində dəm qazından zəhərlənərək ölüb. Oxşar hadisə İmişli şəhərində də qeydə alınıb. Azər Əhmədov dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib. Ona tibbi yardım göstərilib.
Hacı Zeynalov