7 Aprel 2016 20:25
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda 10-dan çox mənzili qarət edən keçmiş məhkum tutulub.

Bu barədə Teleqraf.com-a Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tərlan Abbasov tutulub.

Tərlan Abbasov bu ilin fevralın 16-dan martın 31-dək olan müddətdə paytaxt ərazisindəki 10 mənzildən və bir avtomobildən pul, qızıl, məişət və geyim əşyaları oğurlayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: