8 Aprel 2016 11:27
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb.


“Ölən 60 yaşlı qadındır. Yaralılardan 7-si 3 saylı şəhər klinik xəstəxanasına, 2 nəfər isə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitututuna aparılıb. İlkin məlumata görə, hadisə 103, 30 saylı avtobus və 07 markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib”.

Bakıda avtobus qəzası baş verib.

Hadisə Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Nizami Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qəza zamanı ölən piyada olub. Qəza anında o, yolu keçirmiş. Ölənin kimliyi hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, qəza zamanı 10 nəfər yaralanıb.


Müəllif: