12 Aprel 2016 16:00
411

Bakının Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sabunçu qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Qəmər Cabbarovanın evindən 2 min manat və xeyli miqdarda qızıl əşyası oğurlanıb. Cinayəti törədən şəxslər evə pəncərənin dəmir barmaqlılarını sındırmaqla girib.
Qəmər Cabbarova evindən oğurluq edilməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə müraciət edib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri görülür.

Hacı Zeynalov


Müəllif: