13 Aprel 2016 18:24
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda evlərdən oğurluq edən şəxs həbs edilib.

Teleqraf.com xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Seymur Mirzəyev tutulub.

Seymur Mirzəyevdən 0,379 qram heroin götürülüb. O, bu ilin martın 22-dən aprelin 4-dək olan müddətdə Bakı şəhər sakinləri Samir Qurbanlıya, Ceyhun Qasımzadəyə və Oruc Bayramova məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinib.

Hacı Zeynalov


Müəllif: