Bakıda bacısının evindən oğurluq edən şəxs saxlanılıb.
Musavat.com xəbər verir ki, Hövsan qəsəbəsi Bağlar yaşayış massivində yaşayan 1976-cı il təvəllüdlü Kəmalə Ağayevanın evindən 250 manat və qızıl-zinət əşyaları oğurlanıb. Ev sahibi bu barədə polisə məlumat verib.
Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində oğurluq edən şəxs müəyyənləşdirilib.
Hadisəni törədən şəxsin K.Ağayevanın qardaşı, qəsəbə sakini 1988-ci il təvəllüdlü Elnar olduğu məlum olub.