19 Aprel 2016 10:05
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən "Heyvanlar aləmi haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması ilə bağlı ölkə ərazisində növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, aprelin 13-də Salyan rayon ərazisində keçirilən reyd zamanı qanunsuz ov edən Hacıqabul rayonu Qarasu kənd sakini Vurğun Məlikov, Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşları Butti Ghamin Ali Ahmed Almansoori, Mohamed Eisa Mohamed Hamdan Almansoori və Salem Sultan Salem Kltham Alkedən saxlanılıb. Onlardan 1 ov tüfəngi və 16 ədəd patron götürülüb.

Faktla bağlı təqsirkar şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun akt və protokol tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən hər biri 2000 manat olmaqla, ümumilikdə 8000 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, xarici vətəndaşların ölkə ərazisindən çıxarılması və gələcəkdə Azərbaycan Respublikasına buraxılmaması ilə əlaqədar mövcud qanunvericiliyə uyğun tədbir görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə məktub göndərilib.


Müəllif:

Oxşar xəbərlər