19 Aprel 2016 23:39
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hamilə qadını əzab verməkdə, zorlamaqda, quldurluqda təqsirli bilinən Rüfət Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Həmin vaxt Aliyə Mansurova hamilə olub.
Aparılmış istintaq zamanı cinayət əməli Cinayət Məcəlləsinin 130-cu (zəruri müdafiə həddini aşmaqla sağlamlığa ağır və ya cinayət törətmiş şəxsin tutulması üçün zəruri həddi aşmaqla sağlamlığa ağır və ya az ağır zərər vurma) 133.2.2-ci (əzab vermə, aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verilməklə törədildikdə) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), 180-ci (quldurluq) maddələrinə tövsif edilib.

Hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Anket məlumatlarında məlum olub ki, Rüət Mehdiyev ehtiyatda olan baş leytinantdır. Onun bundan öncə Cinayət Məcəlləsinin 228-ci( qanunsuz silah) maddəsi ilə məhkumluğu var və məhkumluq ödənilib.

Rüfət Mehdiyev bunu o zaman zabit olan zaman ona qarşı verildiyini və 1 il müddətinə şərti cəza aldığını deyib.

Rüfət Mehdiyev hakimlərə, dövlət ittahamçısına etiraz etməyib. Yalnız özünün vəkilinin olduğunu, gələn proses gələcəyini deyib.

Buna görə, məhkəmənin hazırlıq iclası aprelin 22-ə qədər təxirə düşüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər