25 Aprel 2016 14:09
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda yaşayış evindən külli miqdarda qızıl oğurlanıb.

Teleqraf.com xəbər verir ki, Gədəbəy rayon sakini Natilə Tağıyevaya məxsus mağazadan 120000 manat dəyərində qızıl əşyalar oğurlanması barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi, Ağdaş və Gədəbəy rayon polis şöbələri əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Ağdam rayon sakinləri Bəhruz Hüseynov və Pərviz Paşayev tutulublar.

Hacı Zeynalov


Müəllif: