Bakının Nəsimi rayonunda intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə rayonun H. Seydizadə küçəsi, ev 1, mənzil 53 ünvanında qeydə alınıb.
Bakı şəhər sakini, 1934-cü il təvəllüdlü Tamara Əlibəyova yaşadıı evdə bıçaqla qolunun damarlarını kəsib. Qadın kəskin qan itirmədən ölüb. Yaşlı qadının hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov