2 May 2016 19:52
481
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 5-ci polis bölməsinin rəisi Anar Şıxaliyeva qarşı cinayət törədən şəxslər - Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov və Ələkbər Qəhrəmanovun məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə 2014-cü ilin iyunun 20-ə keçən gecə “Xutor” qəsəbəsində qeydə alınıb. Polis rəisi dostuna məxsus “Mercedes Galеnvagen” markalı avtomobili idarə edərkən naməlum şəxslər “Niva” və “Opel” markalı avtomobillərlə arxadan və qabaqdan onun yolunu kəsiblər.

Təxminən 10 nəfərə yaxın adam avtomobillərdən düşərək əllərindəki taxta dəyənəklərlə “Mercedes Galеnvagen”in bütün şüşələrinin sındırıblar. Buna etiraz edən Şıxəliyev isə bıcaqlanıb. Ona sağ qolundan və kürək nahiyəsindən bıçaqla 3 xəsarət yetirilib.

Anar Şıxəliyev Daxili İşlər Nazirliyinin (DİN) hospitalına yerləşdirilib. Xəsarətlərin daxilə nüfuz etmədiyi bildirilir. İlkin məlumata görə, rəisin dostu iki həftə öncə adı istintaqa hələlik bəlli olmayan şəxslərlə dalaşıb.

Həmən şəxslər onu təqib etdiyindən Anar Şıxəliyev dostuna avtomobilini onun rəis olduğu 5-ci polis bölməsinə yaxın yerdə saxlamağı məsləhət görüb. Toplanmış materiallar Mütəşşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinə göndərilib.

Aparılan araşdırmalar zamanı hadisənin Xəyal Qəhrəmanov, Ələkbər Qəhrəmanov, Anar Əliyev, Ceyhun Niftəliyev, Nurlan Həsənov adlı şəxslər tərəfindən törədildiyi məlum olub. Şübhəli şəxslər bir neçə ay gizlənərək istintaqdan yayına biliblər. Onlardan Xəyal Qəhrəmanovun cinayət işi ayrıca icraata götürülüb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Ələkbər Qəhrəmanov 9 il, Ceyhun Niftəliyev 6 il 6 ay, Anar Əliyev və Nurlan Həsənovun hər biri 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər