Bakı Apelyasiya Məhkəməsində qaçqın və məcburi köçkünlərə qarşı dələduzluqda təqsirləndirilən Tahirə Əliyeva, Vasif Hüseynov və Hüseyn Bağırovun məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərarına əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və iş yenidən birinci instansiya məhkəməsinə qaytarılıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmək) maddəsi ilə ittiham olunublar.
Onlar Bakı şəhər sakinlərin etimadını qazanaraq məcburi köçkünlər üçün tikilən evlərdən mənzil alacaqları vəd etsələr də, verdikləri sözü tutmayaraq dələduzluq ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Hüseyn Bağırov 10 il, Tahirə Əliyeva 9 il, Vasif Hüseynov 8 il 6 ay azadlıqdan məhrum edilib.
Hacı Zeynalov